Ronaldo “Əl Nəsr”də qalacaq

“Əl Nəsr”in icraçı direktoru Qvido Fenqa hücumçu Kriştiano Ronaldonun gələcəyi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, o, portuqaliyalı forvardın daha bir mövsüm komandada qalacağını deyib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Ronaldonun “Əl Nəsr”lə müqaviləsi 2025-ci ilin yayına kimidir. O, bu mövsüm 45 oyunda 44 qol vurub, 13 məhsuldar ötürmə edib.