Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, milli səfərdə Türkiyə ilə bacarmayıb – 0:1.
B Liqasının I qrupunda mübarizə aparan milli qələbəyə həsrətdir. Belə ki, yığma buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) oynayıb, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub.
Siyasət Əsgərovun rəhbərlik altında 3 oyundan sonra 1 xal toplayan yağma qrupda 4-cü pillədə qərarlaşıb.