“Sumqayıt”da ayrılıq

“Sumqayıt” futbol klubu Erik Sorqa ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında imzalanmış müqavilənin müddəti başa çatıb.

Erik Sorqa ötən mövsümün əvvəlindən “Sumqayıt”da çıxış edir. Bu müddət ərzində o, 27 Premyer Liqa və 3 kubok matçında meydanda olub. 24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol (5 Premyer Liqa; 2 kubok) və 3 məhsuldar ötürmə (2 Premyer Liqa; 1 kubok) ilə yadda qalıb.