Finala doğru: mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşdi

2 iyun tarixində “Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.

Futbolpress.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 16:30-da, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı 17:30-da başlayacaq.

“Qartallar”ın media üçün açıq məşqi saat 18:00-da start götürəcək.

Qarşılaşma iyunun 2-də, saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.