Kubokun iki finalçısından yalnız biri əvvəllər də bu titula sahib olub.
Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ” yarışın 7 qat qalibidir. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.
“Zirə” tarixinin ilk kubokunu qazanmaq şansına malikdir. Bakı klubu bunu bacarsa, yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək. Belə ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: “Qarabağ” – 7, “Neftçi” – 6, “Kəpəz” – 4, “Xəzər Lənkəran”, “Bakı” – 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” – 2, “İnşaatçı” B, “Şəfa” – 1.