Qadın futbolçulardan ibarət Türkiyə millisinin futbolçusu Busem Şeker bu gün Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, Busem matçda qələbə qazanmaq istədiklərini deyib:
“Keyfiyyətli komandamız var. Fərdi olaraq da yaxşı vəziyyətdəyik. Azərbaycanı yaxşı təhlil etmişik və xırda detalların da üzərində çalışmışıq. Azarkeşlərimizin önündə gözəl qələbə istəyirik”.
Türkiyə – Azərbaycan oyunu bu gün saat 21:00-da start götürəcək. Komandalar arasında Bakıdakı oyun isə iyunun 4-də olacaq.
B Liqasının 3-cü qrupunda 2 turdan sonra Azərbaycan yığması 1 xalla sonuncu – 4-cüdür. Türkiyə millisi isə 3 xalla ikinci sıradadır. Qrupa 6 xalla İsveçrə başçılıq edir. Macarlar isə 1 xalla üçüncü pilləni tutur.