“Bavariya”nın idman direktoru Maks Eberl Vinsent Kompaninin Münxen komandasına baş məşqçi təyin olunmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, klub rəsmisi Avropanın ən yaxşı baş məşqçilərindən biri ilə əməkdaşlıq etdiklərinə görə şad olduğunu qeyd edib:
“Çox şadam ki, Vinsentlə əməkdaşlığımız alındı. Kompani Avropanın ən yaxşı baş məşqçilərindədir. Gənc və istedadlı biridir. Fikirlərimiz üst-üstə düşür. Onun tərzi “Bavariya”ya yaraşır”.
Belçikalı 2027-ci ilə qədər Münxen klubu ilə müqavilə imzalayıb. O, bu postda Tomas Tuxeli əvəz edib.