Emreli “Dinamo”dan ayrılacaq – Azərbaycana qayıda bilər

Azərbaycanlı hücumçu Mahir Emreli “Dinamo”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Zaqreb təmsilçisinin baş məşqçisi Serhey Yakiroviç forvardı planlarına daxil etməyib. Mütəxəssis Mahirə təkliflər olduğunu bildirib.

Xəbərdə Emrelinin Azərbaycana qayıtmaq ehtimalı olduğu vurğulanıb.

Mahir 2022-ci ildən “Dinamo”da çıxış edir. 26 yaşlı hücumçu Zaqreb təmsilçisində 47 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.