“Qalatasaray” “Bavariya”da çıxış edən Saça Boeyi heyətinə qatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi yanvarda komandanı tərk edən fransalı müdafiəçini icarəyə götürmək niyyətindədir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
23 yaşlı oyunçu 2021-2024-cü illərdə “Qalatasaray”da çıxış edib. O, bu ilin yanvarında 30 milyon avro qarşılığında “Bavariya”ya keçib.
Boey Münhen təmsilçisi ilə Bundesliqada 2 oyuna çıxıb.