“Qalatasaray” “Barselona”nın futbolçusu İlkay Gündoğanı transfer etmək istəyir.
Futbolpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray”ın prezidenti Dursun Özbek İlkanla görüşəcək.
Türk əsilli alman futbolçunun “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
O, bu mövsüm “Barselona”nın heyətində 36 matçda 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.