Finala doğru: neçə bilet satılıb?

Azərbaycan Kubokunun finalına 4000-dən çox bilet satılıb!

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, biletləri “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından saat 10:30-dan 18:00-a kimi əldə edə bilərsiniz.

Kubokun finalı iyunun 2-də “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq. Görüşə saat 20:00-da start veriləcək.