Kompani rəsmən “Bavariya”da

Belçikalı məşqçi Vensan Kompani “Bavariya”ya baş məşqçi təyin olunub.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.

Kompaninin son klubu “Bernli” olub. Belçikalı bu postda Tomas Tuxeli əvəz edib.