Polşa millisi Avropa çempionatı üçün ilkin heyətini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, siyahıda 29 futbolçunun adı qeyd olunub.
Komandanın baş məşqçisi Mixal Probej aşağıdakı futbolçuları millinin heyətinə cəlb edib.
Qapıçılar: Voytsex Şensnı (“Yuventus”, İtaliya), Lukaş Skorupski (“Bolonya”, İtaliya), Martsin Bulka (“Nitsa”, Fransa), Olivye Zix (“Puşça Niepolomise”).
Müdafiəçilər: Yan Bednarek (“Sauthempton”, İngiltərə), Bartoş Bereszinski (“Empoli”, İtaliya), Pavel Boxneviç (“Herenven”, Niderland), Pavel Davidoviç (“Verona”, İtaliya), Yakub Kiever (“Arsenal”, İngiltərə), Timoteuş Puxaç (“Kayzerslautern”, Almaniya), Bartoş Salamon (“Lex”).
Yarımmüdafiəçilər: Pşemislav Frankovski (“Lans”, Fransa), Kamil Qrosiçki (“Poqon”), Yakub Moder (“Brayton”, İngiltərə), Yakub Petrovski (“Ludoqorets”, Bolqarıstan), Taras Romançuk (“Yaqelloniya”), Bartiş Sliş (“Atlanta Yunayted”, ABŞ), Damian Şimanski (AEK, Yunanıstan), Sebastyan Şimanski (“Fənərbağça”, Türkiyə), Mixal Skoras (“Brügge”, Belçika), Katsper Urbanski (“Bolonya”, İtaliya), Nikola Zalevski (“Roma”, İtaliya), Pyotr Zelinski (“Napoli”, İtaliya).
Hücumçular: Adam Buksa (“Lans”, Fransa), Robert Levandovski (“Barselona”, İspaniya), Arkadiuş Milik (“Yuventus”, İtaliya), Kşiştof Pentek (“Başakşəhər”, Türkiyə ), Karol Sviderski (“Verona”, İtaliya).
Avropa çempionatı 14 iyun – 14 iyul aralığından Almaniyada keçiriləcək. Polşa millisi D qrupunda Niderland, Avstriya və Fransa ilə mübarizə aparacaq.