“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ömər Buludovla anlaşıb. “Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.
26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.