“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin milli komandasının düşərgəsinə çağırılıb.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi iyunun 6-da Livan, 11-də isə Avstraliya yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara dəvət alıb.
Caber 7 matçda Fələstin milli komandasının formasını geyinib.
Daha əvvəl “Neftçi”dən Alfa Konte Syerra Leone millisinə dəvət alıb.