“Qəbələ”ni “Araz-Naxçıvan”a dəyişdi

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Urfan Abbasovla anlaşıb.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir.

Karyerası ərzində “Qəbələ” və “Səbail” klublarının formasını geyinən Abbasov Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.