Portuqaliyalı mütəxəssis Joze Mourinyo açıqlama verib.
Futbolpress.az xəbər verir ki, fevraldan işsiz olan məşqçi təcili qərar verməyi düşündüyünü deyib:
“Təcili qərar verməliyəm. Hörmətsizlik olmasın deyə bütün təklifləri dəyərləndirirəm. Tək Türkiyənin deyil, Avropanın bir çox böyük klublarından təklif var”.
Mourinyo daha əvvəl ölkəsində “Portu”, İspaniyada “Real”, İngiltərədə “Mançester Yunayted”, “Çelsi”, “Tottenhem”, İtaliyada “İnter” və “Roma”ya rəhbərlik edib. Onun son ünvanı “Roma” olub və fevralda işini tərk edib.
Mütəxəssisin adı “Fənərbağça” və “Beşiktaş”la hallanırdı.