“Neftçi”nin futbolçusu Alfa Konte milliyə çağırılıb.
Futbolpress.az xəbər verir ki, 24 yaşlı vinger Syerra Leone yığmasının Cibuti və Burkina Faso ilə oyunları üçün dəvət alıb.
Milli dünya çempionatının seçmə mərhələsində iyunun 5-də Cibuti, 10-da isə Burkina Faso ilə qarşılaşacaq.
Konte “Neftçi” ilə Premyer Liqada 8 oyunda meydana çıxıb.