Azərbaycan millisinin futbolçusu Renat Dadaşov formasını geyindiyi “Hatayspor”dan ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat paylaşıb.
Paylaşımda “Hər şey üçün təşəkkür edirəm, HATAY!” yazısı qeyd olunub.
2023-dən Super Liqa klubunda çıxış edən Renat 31 matçda 6 dəfə fərqlənib.