Norveçli hücumçu “Fənərbağça” ilə vidalaşdı

Norveçli futbolçu Coşua Kinq “Fənərbağça”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı hücumçu sosial şəbəkə hesabında klub və azarkeşlərlə vidalaşıb.

Kinq 2022-ci ilin yayından “Fənərbağça”da çıxış edirdi. O, komandada 54 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.