“Çelsi” üçün italyan məşqçi

“Çelsi”nin yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, “zadəganlar”ın sükanı Enzo Mareskaya tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssislə 2+1 illik müqavilə imzalanacaq.

“Çelsi” italyan məşqçi üçün “Lester”ə təzminat ödəməli olacaq.

London klubu Premyer Liqada mövsümü 63 xalla 6-cı sırada başa vurub. Komanda baş məşqçi Maurisio Poçettino ilə yollarını ayırıb.

Mareska isə “Lester”lə Çempionşipdə çempion olub və komandası elitaya yüksəlib.