“Bilməyinizi istəyirəm ki, nəyin ki son oyuna görə, ümumi mövsümə görə çox utanıram”.
Futbolpress.az xəbər verir ki, bunu “Neftçi”nin kapitalı Emin Mahmudov instaqram hesabında yazıb.
Mahmudov azarkeşlərdən üzr istəyib:
“Əziz “Neftçi” azarkeşləri, necə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəyin ki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!”.
“Neftçi” Premyer Liqanın son turunda “Sabah”a (0:1) məğlub olub və turnir cədvəlində 5-ci olaraq avrokuboklardan kənarda qalıb.