“Neftçi” cinah oyunçusu Lukas Melano ilə yollarını ayıracaq.
“FutbolPress“in əldə etdiyi məlumata görə, argentinalı vingerin yayda müddəti başa çatacaq müqaviləsi uzadılmayacaq. Klub rəhbərliyi artıq bununla bağlı oyunçunu xəbərdar edib.
Melano ötən ilin sentyabrında ölkəsinin “Sarmiento” klubundan “Neftçi”yə keçib. 31 yaşlı futbolçu bu mövsüm “ağ-qaralar”da 12 oyunda meydana çıxıb.