“Mövsüm bitdikdən sonra ya Bakıda, ya da xarici ölkədəki təlim-məşq toplanışında bəzi oyunçular baxışda ola bilər”.
Bunu “FutbolPress”ə açıqlamasında “Araz-Naxçıvan”ın seleksiya məşqçisi Əfran İsmayılov deyib. O növbəti mövsüm daha iddialı komanda quracaqlarını bildirib:
“Hazırda danışıq apardığımız oyunçular var. Bəzi futbolçuların ya Bakıda, ya da xarici ölkədəki təlim-məşq toplanışında baxışda olma ehtimalı var. “Araz-Naxçıvan”ın heyətində böyük dəyişikliklər ola bilər. Rəhbərlik bizə ciddi dəstək verir. Bu dəstəyin qarşılığını verməliyik. Oturub səhvlərimizi təhlil edəcəyik. Bu mövsüm ilk ilimiz idi. Amma indi müəyyən təcrübə toplamışıq. Güclü futbolçular gətirəcəyik. Rəhbərliyin dəstəyini yerə vurmamalıyıq”.
Muxtar Respublika təmsilçisi mövsümü 36 xalla 8-ci pillədə başa vurdu.
Məlik Məlikov