“Barselona” La Liqanın sonuncu – XXXVIII turunda “Sevilya”nı məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin komandadakı sonuncu oyunu olub. Klub rəhbərliyi ötən həftə mütəxəssisin komandanı tərk edəcəyini açıqlayıb.
Xavi matçdan sonra “Mundo Deportivo” nəşrinə açıqlamasında kataloniyalıların yeni baş məşqçisinə məsləhət verib:
“Yeni baş məşqçiyə məsləhətim? Çətin vəziyyətə düşəcəyini bilməlidir. “Barselona” çətin klubdur, maliyyə durumu yaxşı deyil. Yeni baş məşqçi vəziyyəti bilib, başa düşməli və gəldiyi yeri anlamalıdır”.
“Barselona” La Liqada mövsümü 85 xalla ikinci sırada başa vurub.