“Fənərbağça” Türkiyə Super Liqasını ikinci sırada başa vurub.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi son turda “İstanbulspor”u 6:0 hesabıyla darmadağın etsə də, “Qalatasaray” Konyadan üç xalla dönüb və çempionluğunu rəsmiləşdirib.
“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal matçdan sonra bunları deyib:
“Çempionluğun necə əldən qaçdığını bilirik. Bütün azarkeşlərimiz, camiəmiz və bütün Türkiyə hər şeyi bilir. Çox danışmağa ehtiyac yoxdur. Çempionluğa inanırdıq və layiq idik. Nələrə qarşı mübarizə apardığımızı bilirik. Bəzi şeylər bizdən asılı deyildi”.
Super Liqada “Qalatasaray” 102 xalla çempion olub.