“Neftçi” Azərbaycan Premyer Liqasının XXXVI turunda “Sabah”ı qəbul edir.
“FutbolPress“in məlumatına görə, “Neftçi Arena”da keçirilən görüşü izləyənlər arasında Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də var.
Şeydayev Türkiyənin “Kocaelispor” klubunda forma geyinir. 28 yaşlı hücumçu I Liqada 15 oyunda 1 qolla yadda qalıb. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.
Birinci hissəsi davam edən “Neftçi” – “Sabah” oyununda hesab açılmayıb – 0:0.