Lamiyə Vəliyeva 4-cü dəfə dünya çempionu oldu

Azərbaycanlı paraatlet Lamiyə Vəliyeva 4-cü dəfə dünya çempionu olub.

Futbolpress.az xəbər verir ki, o, Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq qızıl medal qazanıb.

Bu, 22 yaşlı Paralimpiya çempionumuzun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə 100 metr məsafədə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il isə Parisdə təşkil edilən dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medalı əldə edib.