“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş “Bavariya”ya keçə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Qriliş 2021-ci ilin yayından “Mançester Siti”də çıxış edir. O, Premyer Liqa klubunda ümumilikdə 125 oyun keçirib, 14 qol vurub və 18 məhsuldar ötürmə edib.
Onun komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.