Böyümə ənənəsi davam edir – Braqa qeydi

“Qarabağ” “Braqa”yadәk bir dәfә Portuqaliya klubu ilә oynamışdı. Kriştiano Ronaldonu yetişdirәn “Sportinq”ә 2018-ci ilin noyabrında Avropa Liqasının qrup mərhələsindəki 1:6 hesablı mәğlubiyyәt vә ümumiyyәtlә, “atlılar”ın hәmişә әn yaxşı transferlәrini Portuqaliyadan etmәsi kimi amillәr möhkәm bir kompleks yaratmışdı – bu ölkәnin tәmsilçilәrinә qarşı oynamaq әn çәtin işlәrdәn biridir. Futbolumuz adına әn yaxşı şeylәrdә imzası olan “Qarabağ” Portuqaliyadan etdiyi transferlәriylә bu ölkə tәmsilçisinә qarşı necә oynamaq vә qalib gәlmәyin mümunәsini dә göstәrdi…

Qurban Qurbanov vә açıqlama aldığımız oyunçular  – “Hәlә hәr şey bitmәyib, cütün taleyi Bakıda hәll olunacaq” – demәklә peşәkar davranış sәrgilәsә dә, düşünürәm ki, “cütün taleyi” anlamından daha böyük bir şeyә nail olunub: hәr il әvvәlkindәn bir az daha böyüyәn “Qarabağ” bu әnәnәnin bu il dә davam etdirdi.

Qәlәbәmiz, qazancımız bundadır.

***

“Qurbanovun gәnc ümidi Nәriman Axundzadәnin rәqib qapıçıyla tәkbәtәk qalaraq qol vura bilmәmәsi epizoduna – “bәzәn qol vurmamaq qol vurmaqdan daha çox böyüdür” – şәrhi “Qarabağ”ın böyümәyinin fәlsәfi tәsviri idi”.

***

Oyunöncәsi mәtbuat konfransı üçün baş çәkdiyimiz “Munisipal”ın arxitektur özәlliyi barәdә qeyd etmişdim. Oyun vaxtı hәmkarlarımın da dediyi kimi, belә qeyri-adi arenada futbol izlәmәk möhtәşәmdir. Bu möhtәşәmliyin müәllifi isә “Qarabağ”dır!

Elçin Cəlilov

Material ETOPAZ-ın dəstəyi ilə hazırlanıb.