Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası XXXV tur
“Kəpəz” – “Zirə” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
“Qarabağ” – “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 51.8);
“Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);