Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Ümraniyespor”dan ayrıla bilər.
“FutbolPress“in əldə etdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi klubunu dəyişmək niyyətindədir. Coşquna Türkiyənin I Liqa klublarından və Azərbaycandan maraq var. Diniyev karyerası ilə bağlı qərarını növbəti ay verəcək.
Diniyev 2023-cü ildən “Ümraniyespor”un formasını geyinir. O, I Liqa klubunda 33 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Ümraniyespor” I Liqada mövsümü 44 xalla 11-ci sırada bitirib.