“Bayer”dən sonra “Real”

“Bayer”in baş məşqçisi Xabi Alonso 2025-ci ildə klubunu dəyişəcək.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İspaniyanın “Real” komandasına baş məşqçi təyin olunacaq. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

“Bayer” Xabinin bir mövsüm komandada qalıb, sonra getməsinə razıdır. Artıq rəhbərlik Alonsonun 2025-ci ildə “Real”a keçəcəyinə əmindir və yeni mövsümü onun başçılığı altında uğurlu tamamlamaq hədəfindədir.

“Real”a hazırda Karlo Ançelotti rəhbərlik edir. Mütəxəssisin sözləşməsi 2026-cı ilin yayına kimidir.