“Barselona”nın prezidenti Xoan Laporta istefaya çağırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Klubda prezidentliyə keçmiş namizədlərdən Viktor Font klubun çətin dönəmlər keçirdiyini, zəif nəticələr əldə etdiyini və düzgün idarəetmənin olmadığını əsas gətirərək Laportadan istefasını istəyib.
Laporta 2021-ci ilin martından “Barselona”ya rəhbərlik edir.