“Atalanta” baş məşqçisi Can Pyero Qasperinini komandada saxlamaq niyyətindədir.
Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi mütəxəssisə yeni müqavilə təklif edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Atalanta” İtaliya A Seriyasında 37 turdan sonra 5-ci sıradadır. Komanda bir neçə gün öncə Avropa Liqasının qalibi olub.
Qasperininin indiki müqaviləsi 2025-ci ilin yayına kimidir.