Kişi voleybolçulardan ibarət “Azərreyl” klubunun yeni mövsümdə daha iddialı və güclü olması üçün heyətinin formalaşdırılmasına start verilib.
Futbolpress.az xəbər verir ki, komanda baş məşqçi postunda dəyişiklik etməyəcək.
Danışıqların yekununa əsasən, Boris Qrebennikov “Azərreyl”də işini davam etdirəcək. Təcrübəli mütəxəssislə müqavilə daha 1 illiyə artırılıb. Onun qarşısına qoyulan
Qeyd edək ki, “Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında ilk dəfə Azərbaycan Yüksək Liqasının qızıl medalını qazanıb.