UEFA Avropa Liqasında 2023/2024 mövsümünə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Andrey Lunyov yekun statistikada ən çox qurtarış edən qolkiperlər sırasına düşüb.
Lunyov 44 seyvlə bu göstəricidə ikinci olub. Birinci sırada isə “Roma”nın qolkiperi Svilardır. O, 14 oyunda 54 seyv edib.
“Qarabağ” Avropa Liqasında mübarizəni 1/8 finalda dayandırıb. “Atlılar” “Bayer” səddini aşa bilməmişdi.
Turnirin qalibi isə “Atalanta” olub. İtalyanlar finalda məhz “Bayer”i məğlub edib – 3:0.