“Bayer”in futbolçusu Qranit Caka Avropa Liqasının finalında “Atalanta”ya uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 0:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Düzü, məğlubiyyətsizlik seriyamızla maraqlanmırdım. Buna əhəmiyyət vermirdik. Məsələ oyundur və bu dəfə uduzduq. Futbolda belə hallar olur, “Atalanta” daha yaxşı idi və layiqli qələbə qazandı”.
“Bayer” bu mövsüm 51 oyun sonra məğlub olub.