“Bayer”in futbolçusu Ceremi Frimponq Avropa Liqasının finalında bu gün “Atalanta”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, cinah müdafiəçisi finalın onun arzusu olduğunu deyib:
“Bu final xəyalımdır. Tarixi gündür və arzularım reallaşa bilər. Futbolu belə oyunlar üçün oynayırsan. Bütün gücümüzü qoyub, qələbə qazanmaq və titula yiyələnmək istəyirik”.
“Atalanta” – “Bayer” oyunu saat 23:00-da start götürəcək.