“Kalyari”də baş məşqçi Klaudio Ranyeri vəzifəsindən ayrılıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis öz istəyi ilə klubu tərk edib və məşqçi karyerasını sonlandırıb. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
72 yaşlı mütəxəssis karyerası ərzində Yunanıstan millisində, “Lester”, “Napoli”, “Yuventus”, “Roma”, “Sampdoriya”, “Çelsi”, “Lester”, “Fulhem”, “Uotford”, “Monako” və “Nant”da çalışıb.