“Çelsi” baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Britaniyalı tanınmış jurnalist Pris Morqan “Çelsi”nin qərarını belə şərh edib: “Sirk davam edir”.
“Çelsi” Premyer Liqada 2023/2024 mövsümünü 6-cı sırada bitirib və titul qazana bilməyib.