Azərbaycan II Liqasında mövsümə yekun vurulub.
26 turdan sonra 64 xal toplayan “Baku Sportinq” çempion olub. Elman Sultanovun rəhbərlik etdiyi kollektiv yeni mövsümdən I Liqada mübarizə aparacaq.
“Baku Sportinq” bu ildən start verilən yarışda 20 qələbə qazanıb, 4 heç-heçə edib. Komanda iki oyunda meydanı xalsız tərk edib ki, bunların biri də protokol qaydalarının pozulması səbəbindən verilən texniki məğlubiyyət olub.
“Baku Sportinq” 26 oyunda 69 qol vurub. Maraqlıdır, komanda çempion olsa da, vurduğu qol sayında üçüncü sıradadır. İkinci “Cəbrayıl” 77, üçüncü “Şahdağ Qusar” isə 82 qol vurub. Komandanın ən məhsuldar oyunçusu Röyal Nəcəfov olub – 22 qol.
Turnir cədvəlinin ikincisi “Cəbrayıl” da I Liqada yarışa bilər. Azərbaycan yığmasının sabiq futbolçusu Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv 58 xalla gümüş medalların sahibi olub. Komanda I Liqaya vəsiqə uğrunda “Difai Ağsu” ilə pley-off oynayacaq.
II Liqanı tərk edən isə “Kürmük Qax”dır. 26 turda 5 qələbə qazanıb, 19 dəfə məğlub olan Qax təmsilçisi 17 xalla mövsümü autsayder kimi başa vurub. Komanda yeni mövsümdə II Liqada mübarizə aparacaq. Autsayderin qol nisbəti isə 31-in 80-nədir.
Kamil Əhməd