Avropa çempionu: “Revanş üçün ən gözəl yer Azərbaycandır”

Azərbaycanın yunan-Roma güləşçisi Xasay Həsənli Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, o görüşdən sonra jurnalistlərə açıqlamasında sevinc hisslərini bölüşdü:

“İkinci dəfə Avropa çempionu oldum. Ötən il finalda moldovalı rəqibimə məğlub olmuşdum. Revanş üçün ən gözəl yer Azərbaycandır. Azarkeşlərimizin qarşısında revanş aldım. Finaldakı rəqibimə də iki dəfə məğlub olmuşdum. Ondan da revanşımı aldım. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Qələbəni yeni doğulan bacım oğluna və əsgərlikdədə olan dostum Məmmədov Elcana həsr edirəm. Bütün idmançlar kimi böyüklər arasında uğur qazanmaq istəyirəm. Daha yaxşı çıxış edib, üzərimdə işləyib, böyüklər arasında Avropa, dünya və Olimpiya çempionu olmaq istəyirəm”. 

Daha əvvəl Ziya Babaşov da qitə çempionatında qızıl medal qazanmışdı.

Məlik Məlikov