“Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan karyerasını Bundesliqada davam etdirə bilər.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, “Borussiya” erməni futbolçunun xidmətində maraqlıdır.
Bundesliqa təmsilçisi Spertsyanı Marko Roysun əvəzləyicisi kimi düşünür.
Ermənistan millisinin futbolçusunun “Kranodar”la müqaviləsi 2026-ci ilin yayına qədərdir.
O bu mövsüm Rusiya komandasının heyətində 32 oyunda 11 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Marko Roys mövsümün sonunda “Borussiya”dan ayrılacaq.