“Betis” və İspaniya millisinin yarımmüdafiəçisi İsko zədə səbəbindən Almaniyadan keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.
Futbolpress.az AS qəzetinə istinadən xəbər verir ki, onun baldırında sınıq aşkarlanıb və İsko əməliyyat olunub.
İsko 2019-cu ildən milliyə çağırılmasa da, lakin bu il onun Almaniyaya aparılacağı gözlənilirdi.
32 yaşlı futbolçu bu mövsüm 36 matçda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.