19 yaşlı hücumçu Ağadadaş Salyanskiy yayda “Neftçi”dən ayrıla bilər. Futbolçuya Premyer Liqa və I Liqa klublarından maraq var.
Forvard “FutbolPress“ə açıqlamasında “ağ-qaralar”dakı taleyi haqda fikirlərini bölüşdü:
“Hələ mövsüm bitməyib. Bütün diqqətim “Neftçi”dədir. Lakin mövsümün sonunda düşünüb, qərarımı verəcəm”.
Ağadadaş gələcəkdə yaxşı təklif olarsa, legioner həyatı yaşamaq istədiyini də qeyd edib:
“Avropanın səviyyəli çempionatlarında oynayıb, Azərbaycanı təmsil etmək istəyirəm. İndiki durumda legioner olmağı fikirləşmirəm. Amma gələcəkdə yaxşı təklif olarsa, mütləq dəyərləndirəcəm”.
Ağadadaş “Neftçi-2″nin heyətində Əvəzedicilə Liqasında 28 qol vurub və bombardirdir. O, Premyer Liqada isə 6 matçda 1 dəfə fərqlənib.
Şahin Cəfərov