Milli Sloveniyaya qayıtdı

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Xorvatiyada keçirilən ilk turun oyunlarından sonra Sloveniyaya qayıdıb.
Futbolpress.az xəbər verir ki, Mariborda bir neçə günlük məşqlərdən sonra voleybolçular sabah İstanbula, mayın 22-də isə ikinci tura ev sahibiliyi edən Rumıniyaya yola düşəcəklər.
Qeyd edək ki, millimiz ikinci turda Rumıniya və İsveç komandaları ilə üz-üzə gələcək.