Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Futbolpress.az xəbər verir ki, o, həlledici görüşdə Yaponiya təmsilçisi Tatsuki İşiharanı məğlub edib.
Heydərov Azərbaycan cüdo tarixində ikinci dünya çempionudur. Daha əvvəl 2013-c ildə Elxan Məmmədov bu adı qazanıb.