“Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyönü transfer etmək istəyir.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi fransalı ilə danışıqlara başlayıb.
29 yaşlı futbolçunun Turin təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Rabyö bu mövsüm 34 matçda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.