Azərbaycan Karate Federasiyasının kata üzrə 14-17 yaşlı idmançılardan ibarət yığma komandasına yeni təyinatlar olub.
Futbolpress.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qərara əsasən Vüqar Kərimov baş məşqçi vəzifəsinə təyin edilib.
Anar Əhmədov isə Vüqar Kərimovun köməkçisi – böyük məşqçi vəzifəsini icra edəcək.